`Fənərbaxça`nın təyyarəsi məcburi eniş edib


01:01     20 Oktyabr 2016 fenerbahce-al-16216.jpg

Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted”lə qarşılaşacaq “Fənərbaxça” klubu ciddi problemlə üzləşib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanı İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib. Buna səbəb pilot kabinəsinə quşun çırpılması olub. Kabinə təmir edildikdən sonra təyyarə yenidən yola düşəcək. Klub prezidenti Əziz Yıldırımın da yer aldığı hava gəmisi hazırda Budapeştdə təmirin başa çatmasını gözləyir.

Qeyd edək ki, “Mançester Yunayted” – “Fənərbaxça” matçı sabah baş tutacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1285